ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley rusiyalı həmkarı, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla danışmağa cəhd etsə də, buna nail ola bilməyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı general Gerasimovla Polşanın şərqində raketin düşməsi nəticədə iki nəfərin həlak olması ilə bağlı insidenti müzakirə etmək istəyib.

Onun sözlərinə görə, çərşənbə axşamı o, Ukrayna və Polşadakı həmkarları ilə bir neçə dəfə telefon danışığı aparıb, lakin rusiyalı həmkarı onun zənglərini açmayıb. 

Xarici KİV-də  yer alan xəbərlərə  görə, Gerasimov son həftələr Rusiya media məkanından demək olar ki, tamamilə yox olub, bu, Ukraynada hadisələrin inkişafından Kremldə narazılıqla bağlıdır. 

Xatırladaq ki, noyabrın 15 -də Polşanın sərhəd kəndinə raket düşüb, nəticədə iki nəfər həlak olub.

Gülayə Mecid