"Baykar" tərəfindən milli səviyyədə hazırlanmış Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar "Kızılelma"nın sınaqları uğurla başa çatıb.

"Unikal"  bu barədə "Baykar" şirkətinə istinadən xəbər verir.

Qeyd olunub ki, Türkiyənin milli, orijinal və ilk pilotsuz döyüş təyyarəsi olan "Kızılelma"nın müvafiq sınaqları yerli və xarici mütəxəssislər tərəfindən mərhələli şəkildə həyata keçirilib.