Ukraynaya “səmanı bağlamaq” üçün 150-200 tank, 300-ə yaxın zirehli texnika, yüz artilleriya sistemi, 50-70 reaktiv yaylım atəşi sistemi, o cümlədən Amerikanın HIMARS-ı, həmçinin 10-15 hava hücumundan müdafiə sistemi lazımdır.

"Unikal" xəbər verir ki, bu sözləri France24 kanalına Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib. O, 300 kilometr uçuş məsafəsinə malik Amerikanın ATACMS raketlərini də xatırladıb.

Podolyakın sözlərinə görə, bu silahların Qərb ölkələrindən tədarükü münaqişənin sonunu yaxınlaşdıracaq.

Ramil Zeynallı