İstanbul məhkəməsi noyabrın 13-də İstiqlal küçəsində törədilən terror aktında iştirak ittihamı ilə daha iki nəfəri həbs edib.

"Unikal" xəbər verir ki, bununla da iş üzrə həbs olunanların ümumi sayı 19-a çatıb.

Məlumata görə, iş üzrə saxlanılanların hamısı “dövlətin birliyini və bütövlüyünü pozma” və “qəsdən adam öldürmə” maddələri ilə həbs ediliblər.