Təcavüzdə günahlandırılan və bəzi titullarından məhrum edilən Britaniya şahzadəsi Endryu Bəhreynə gizli səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə “ The Sun ” qəzeti mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, məhkəmə sirkulyarında - kral ailəsi üzvlərinin iştirak etdiyi tədbirlərin siyahısında 62 yaşlı York hersoqunun adı yoxdur. Nəşrin məlumatına görə, bu yaxınlarda məlum olub ki, o, ticarət fəaliyyəti ilə ictimai həyata qayıtmaq imkanını nəzərdən keçirir.

Mənbələrə görə, York hersoqu 2001-2011-ci illərdə Böyük Britaniyanın Beynəlxalq Ticarət və İnvestisiya üzrə Xüsusi Nümayəndəsi vəzifəsində daha bir müddət üçün "şanslarını qiymətləndirir" . Şahzadə Endryunun sözlərinə görə, o, Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa razı salmağa çalışa bilər.

Bununla belə, digər mənbələr onun Bəhreyndə fəxri qonaq qismində “fərdi şəxslər tərəfindən maliyyələşdirilərək” məzuniyyətdə ola biləcəyini bildiriblər. York hersoqu Yaxın Şərqi Birləşmiş Krallıqdakı reputasiyasına xələl gətirdiyi üçün məskunlaşa biləcəyi təhlükəsiz bir sığınacaq olaraq gördüyünə dair fərziyyələr də var.

Daha əvvəl “The Telegraph” qəzeti yazmışdı ki, Şahzadə Endryu bütün günləri kral sarayında keçirir və televizora baxır, arabir itlərlə gəzintiyə və ya at sürməyə çıxır.

Şahzadə Endryu 2020-ci ilin may ayında yetkinlik yaşına çatmayanlara cinsi zorakılıq etməkdə günahlandırılan ABŞ maliyyəçisi Ceffri Epstein ilə yaxın münasibətinin ictimaiyyətə açıqlanmasından sonra kral titullarından və vəzifələrindən məhrum edilib.