Misirdə, Qırmızı dəniz sahilində avtobus və yük maşınının toqquşması nəticəsində 12 nəfər ölüb.

"Unikal" xəbər verir ki, qəza noyabrın 20-də Ras-Qərib və Zaafərana şəhərləri arasındakı avtomobil yolunda baş verib.

Hadisə nəticəsində daha 30 nəfər yaralanıb.

İnsidentin digər təfərrüatları açıqlanmayıb.