İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 268 nəfər olub.

"Unikal" xəbər verir ki, bu barədə İndoneziya rəsmiləri bildirib.

Məlumata görə, 1000-dən çox insanın xəsarət alıb, 151 nəfər itkin düşüb.

***13:21

Ötən gün İndoneziyanın Yava adasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 252 nəfərə çatıb.

"Unikal"ın məlumatına görə, bu barədə bu gün yerli hökumət orqanları açıqlayıb.

Xəsarət alanların sayı isə 377 nəfər təşkil edir. 31 nəfər indiyədək itkin düşmüş hesab olunur.

Ötən gün baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsinə 7 mindən çox şəxs yaşayış yerini tərk etməli olub.