Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen AK-nin Ukraynaya daha 2,5 milyard avro ayıracağını açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter"də yazıb.

“Avropa Komissiyası Ukraynaya daha 2,5 milyard avro ayırır. Biz müntəzəm ödənişlərlə 2023-cü ilə qədər 18 milyard avro hədəfləyirik. Uğurlu yenidənqurmaya aparan təcili təmir və sürətli bərpa üçün. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik”, - deyə o,  qeyd edib.