"Ərdoğanın yenidən prezident seçilməsini Putin və bin Salman maliyyələşdirəcək".

"Unikal" xəbər verir ki, bunu Bluebay Asset Management Strategisti Timoti Aş tvitter hesabında yazıb.

Economist jurnalı həmçinin iqtisadiyyatın və institusional bütövlüyün pozulmasına görə 2023-cü ilin Ərdoğan dövrünün sonu ola biləcəyini iddia edib.

Türkiyə bazarlarını yaxından izləyən Bluebay Asset Management strateqi Timoti Aş 2022 FIFA Dünya Kubokunun açılışında iştirak etmək üçün getdiyi Dohada prezident Tayyib Ərdoğanın Misir prezidenti Əbdülfəttah Sisi ilə əl sıxması ilə bağlı maraqlı açıqlamalar verib.

Aş Twitter hesabında “Ərdoğan Sisi ilə barışdı, indi Səudiyyə pulu Məhəmməd bin Salmandan axacaq. Ərdoğan nəhayət siyasi İslam layihəsindən əl çəkdi. Putin və bin Salman Ərdoğanın yenidən prezident seçilməsini maliyyələşdirəcək" -deyə paylaşım edib .

Gültəkin Ələsgər