PKK/YPG terrorçuları Fərat Qalxanı bölgəsindəki Azez qəsəbəsini raketlərlə hədəfə alıb. İlkin məlumata görə, 3 mülki şəxs həyatını itirib, 8-i yaralanıb.

"Unikal" xəbər verir ki, ötən gün Qaziantep Karkamış və Kilis Öncüpınara hücum edən terror təşkilatı PKK/YPG bu dəfə Suriyada təhlükəsiz bölgədə olan Azezdə mülki vətəndaşları hədəf alıb. Azez rayon mərkəzində küçəyə düşən raket nəticəsində 3 mülki şəxs həyatını itirib, 5 nəfər də yaralanıb.Yaralılar bölgəyə sövq edilən qruplar tərəfindən xəstəxanaya qaldırılaraq müalicə altına alınıb.

PKK terrorçuları 2016-cı ildə Tel Rıfat və onun ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Terror təşkilatı təxminən 250 min dinc sakini Tel-Rifat və ətraflarından didərgin salıb və sözügedən əhali Türkiyə sərhədinə yaxın ərazilərə sığınıb.Terror təşkilatı PKK/YPG buradan “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatı bölgəsində yaşayış məntəqələri ilə təhlükəsizliyi təmin edən Türkiyə təhlükəsizlik qüvvələrinə və müxalif döyüşçülərin mövqelərinə hücum edir.