Türkiyənin qərbində baş verən güclü zəlzələ nəticəsində iki nəfər ölüb.

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 48 yaşlı Hikmet Çelebi zəlzələ nəticəsində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Onun Düzcedə baş verən zəlzələ zamanı infarkt keçirdiyi deyilir. 

Eyni yerdə panikadan infarkt keçirən 63 yaşlı Sevim Çengel də vəfat edib. 

Ağarza Elçinoğlu 

***11:51

Türkiyənin Düzce rayonunda zəlzələ zamanı xəsarət alanların sayı 50-yə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 

***09:57

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

"Unikal" haberler.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

***08:55

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Baş verən güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb. Dağıntılar var.