Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurasının katiblərinin birgə iclası keçirilir.

"Unikal" xəbər verir ki, iclasdan əvvəl rəsmilər xatirə fotosu çəkdirib.

Bu sessiyadan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bildirilir ki, KTMT-nin sammitində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq.

Xatırladaq ki, struktura Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Gülayə Mecid