Bu gün Türkiyə Birinci Liqasının “Göztəpə” – “Altay” matçında gərgin anlar yaşanıb.

"Unikal" xəbər verir ki, “Altay” azarkeşləri “Göztəpə” azarkeş stendinə fişəng atıblar. Bu, oyunun dayandırılmasına səbəb olub.

Bundan hiddətlənən azarkeş "Altay"ın qapıçı Ozan Özenkana künc bayrağı ilə zərbələr endirib. Zərbələrin gücündən künç bayrağı qırılıb və qapıçı müvazinətini itirib.

Meydana bir anda iki təcili yardım maşını cəlb olunub.

Hadisədən sonra matçın baş hakimi oyunu bərpa etməyib. 

Gültəkin Ələsgər