Bakıda kişi keçmiş arvadını qətlə yetirib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Raminə Qəribova keçmiş əri, 1976-cı il təvəllüdlü İlqar Qəribov tərəfindən qətlə yetirilib.

İlqar Qəribov polis əməkdaşları tərəfindən "isti izlərlə" saxlanılıb.