Bolqarıstan parlamentin təsdiqindən sonra ilk dəfə olaraq Ukraynaya hərbi yardım göndərəcək. 

"Unikal" "Reuters" agentliyinə istinadən xəbər verir ki, silahların siyahısı məxfi saxlanılır. 

Lakin hökumət rəsmiləri yardım paketinə əsasən yüngül silah və sursatların daxil olacağını bildiriblər. Müvəqqəti müdafiə naziri Dimitar Stoyanov bildirib ki, Bolqarıstan NATO üzvü olmaqla Kiyevin istədiyi Rusiya istehsalı olan zenit-raket kompleksləri və ya MiQ-19 və Su-25 döyüş təyyarələrini göndərə bilməz. Stoyanov izah edib ki, o, ilk növbədə Bolqarıstanın müdafiə qabiliyyətini təmin etməlidir.

Ağarza Elçinoğlu