Ermənistan Ordusunun ikinci korpusunun sabiq komandiri, Baş Qərargahın kəşfiyyat idarəsinin sabiq rəisi general-mayor Araik Arutyunyan həbs edilib.

"Unikal" xəbər verir ki, ittihama görə, o, 12 may 2021-ci ildə ordu korpusunun komandiri kimi səhlənkarlığa yol verib.

Qeyd edək ki, daha sonra Araik Arutyunyan Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi təyin olunmuş, bir neçə ay bu vəzifəni icra etmişdi.