Rusiya məhkəməsi milyarder Oleq Deripaskaya məxsus Soçidə dəbdəbəli hotel kompleksini  müsadirə edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb. 

Bildirilir ki, Deripaska Putinin Ukraynadakı müharibəsini tənqid edən oliqarxlardan biri olub. Hətta o, iyun ayında Putinə "Ukraynanı məhv etməyin böyük səhv olacağını" barəsində xəbərdarlıq edib.  Belə ki, Kreml Deripaskaya müharibəni tənqid etməyi dayandırmağı əmr edib. Lakin oliqarx buna əməl etməyib. Bundan sonra Moskva məhkəməsi Oleqin Soçidəki 1 milyard dollarlıq "Imeretinsky" hotel kompleksinin və marinanın müsadirə edilməsinə qərar verib.  

Gülayə  Mecid