Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Baş nazirin ictimaiyyətlə əlaqələr aparatının rəhbəri Armen Xaçatryan bildirib.

Onun sözlərinə  görə Paşinyanın 26-27 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının qeyri-formal sammitində iştirak edəcək. 

Bununla yanaşı, Xaçatryan Paşinyanla Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyinə dair suala “gündəmdə belə məsələ yoxdur” deyə cavab verib.