Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evə gəlib.

"Unikal" xəbər verir ki, onu ABŞ prezidenti Co Bayden və ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıb. Zelenskinin Ağ Evdə Baydenlə ikitərəfli görüşü planlaşdırılıb. Ukrayna prezidenti ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.

Bu, Zelenskinin vəzifəyə başladığı gündən ABŞ-a ikinci, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra isə ilk səfəridir.

“Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək üçün bu gün Vaşinqtondayam, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tvitterdə edib. 

“Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik.

Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq” – deyə Zelenski bildirib.

22:34

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ - a  səfər edib .

"Unikal" xəbər verir ki, adı açıqlanmayan ukraynalı rəsmi onun gəlişi ilə bağlı məlumatı təsdiqləyib.

Dövlət başçısının təyyarəsi  artıq “ABŞ-a enib”.

Məlumatı Associated Press agentliyi təsdiqləyib, Volodimir Zelenskinin olduğu təyyarənin Vaşinqton yaxınlığındakı aviabazaya eniş etdiyini yazıb  .

Ukrayna lideri Vaşinqtona ABŞ hərbi təyyarəsi ilə gəlib. ABŞ paytaxtında o, həmkarı Co Baydenlə görüşməyi planlaşdırır. Administrasiya ilə danışıqlardan sonra Zelenski Konqresdə çıxış edəcək və Bayden "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü də daxil ola biləcək yeni hərbi yardım paketini elan etmək niyyətindədir. Kreml hesab edir ki, Zelenski ilə Bayden arasında söhbət Ukrayna hakimiyyətinin Rusiya Federasiyası ilə danışıqlar məsələsində mövqeyinə təsir etməyəcək  . 

21:04

Ukrayna Prezidenti Volodimiz Zelenskinin Vaşinqtona getməsi üçün ABŞ hərbi təyyarə ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanal bildirdiyinə görə, hazırda Ukrayna prezidenti yoldadır. Onun Ağ Evə saat 14.00-da (Bakı vaxtı ilə 23.00) çatması gözlənilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bildirib ki, ABŞ səfər müddətində Zelenskinin təhlükəsizliyini təmin etmək üçün rəsmi Kiyevlə sıx koordinasiyada işləyir.