Türkiyənin İstanbul şəhərində Zeytinburnu Seyit Nizam küçəsində ağır qəza baş verib.

"Unikal" xəbər verir ki, tramvay minik avtomobili ilə toqquşub. Nəticədə sürücü avtomobilin içərisində ilişib qalıb. Yanğınsöndürənlər tərəfindən xilas edilən sürücü xəstəxanaya çatdırılıb.

Zeytinburnu-Topkapı istiqamətində tramvayların hərəkəti dayandırılıb.