Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın mədəniyyət xadimlərinə qarşı sanksiya tətbiq edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri fərman imzalayıb.

Bildirilib ki, "qara siyahı"ya teleaparıcı Janna Badoeva, futbolçu Anatoli Timoşçuk, reper Basta, sənətçilər İrina Alleqrova, Dmitri Bilan, Mixail Qalustyan, Larisa Dolina, Filipp Kirkorov, Sergey Lazarev, Yevgeni Petrosyan və digər məşhurlar daxil edilib.