Rusiyanın paytaxtında yerləşən avtomobil servisində güclü yanğın baş verib. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, binadan 100-dən çox insan təxliyə edilib.

 Yanğınsöndürənlər tez bir zamanda yanğını söndürməyə başlayıblar, buna görə də "tüstü dəqiqələr ərzində azalıb".

Hadisə yerinə Rusiya fövqəladə hallar xidmətinin 10-dan çox texnikası cəlb edilib. Zərərçəkənlər barədə məlumat verilməyib. 

Ağarza Elçinoğlu