Əgər Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edərsə, bu o deməkdir ki, Rusiya Federasiyasına qarşı çıxacaq. 

"Unikal" xəbər verir ki, bunu yanvarın 10-da keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Söhbət ondan gedir ki, əgər Rusiya bu funksiyanı yerinə yetirə bilmirsə, o zaman Ermənistan Rusiya sülhməramlılarına beynəlxalq mandat verilməsini və ya Dağlıq Qarabağa çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir", -Baş nazir bildirib.

Rusiya sülhməramlılarının yerləşdirilməsi müddəti başa çatarsa, Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edə bilərmi sualına isə o, belə cavab verib: "Mən görürəm ki, vəziyyətə əsasən qərarlar qəbul etməliyik. Lazım ola da, olmaya da bilər".

Ağarza Elçinoğlu