Almaniyanın xarici işlər naziri Annalena Berbok elan olunmamış səfərlə Ukraynanın Xarkov şəhərinə gəlib .

"Unikal" xəbər verir ki, bu barədə N- TV telekanalı məlumat yayıb .

Telekanalın məlumatına görə, “təhlükəsizlik baxımından” gizli saxlanılan səfərdə naziri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev müşayiət edir .

Burbok səfər zamanı bildirib ki, Ukrayna xalqı “bizim həmrəyliyimizə və dəstəyimizə arxalana biləcəklərini bilməlidir”.

Xüsusi əməliyyat başlayandan Almaniyanın xarici işlər naziri iki dəfə Kiyevə səfər edib .

Yanvarın 20- də Qərb ölkələrinin müdafiə nazirliklərinin nümayəndələrinin Ramşteyn formatında görüşü keçiriləcək və bu iclasda Ukraynaya tankların, o cümlədən British Challenger, German Leopard 2 və başqaları müzakirə olunacaq.