Qazaxıstanın Karaqandı şəhərində mənzildə təbii qazın partlaması nəticəsində 3 nəfər ölüb.

"Unikal" xəbər verir  ki, Karaqandı Fövqəladə Hallar Şöbəsinin mətbuat xidmətindən verilən məlumata görə, təbii qazın partlaması yaşayış binasının 8-ci mərtəbəsində baş verib.

Hadisə yerinə gələn xilasetmə və tibb qrupları təbii qazın partladığı mənzildə 3 nəfərin cansız bədənini aşkarlayıb.  

Mənzildən 2-si uşaq olmaqla 11 nəfər təxliyə edilib.