Aİ-nin Rusiyaya qarşı sanksiyalarının onuncu paketi fevralın 24-nə, Ukraynada hərbi əməliyyatların başlanmasının ildönümünə qədər hazırlanmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə Polşa və Litva diplomatları məlumat verib.

Məqalədə bildirilir ki, Varşava və Vilnüs Aİ-nin Rusiyanın nüvə sektoruna məhdudiyyətlər qoymasını istəyir.
Bundan əlavə, Aİ bir sıra Rusiya KİV-lərinə qadağa qoyulmasını və daha çox Rusiya bankının SWIFT qlobal mesajlaşma sistemindən çıxarılmasını təklif edəcək.

Reuters-in məlumatına görə, Aİ diplomatları ilə görüşdə iştirak edən yüksək rütbəli ukraynalı diplomat Rosatom-un növbəti sanksiyalar raunduna daxil edilməsini istəyib, lakin ilk addım kimi avropalı həmkarları şirkət rəhbərliyinin qara siyahıya salınmasını təklif ediblər. Diplomatların fikrincə, bu addım sonradan Aİ ölkələri ilə Rusiyanın nüvə sənayesi arasında əməkdaşlığın məhdudlaşdırılmasına gətirib çıxarmalıdır.

Diplomatlar həmçinin Belçikanın Rusiya ilə almaz ticarətinə son qoymağa və hərbi məqsədlər üçün istifadə oluna bilən malların ticarətinə qadağaları genişləndirməyə çalışacaqlarını bildiriblər .

Dekabr ayında Aİ Rusiya Federasiyasına qarşı sanksiyaların doqquzuncu siyahısını dərc etdi . Məhdudiyyətlər Rusiya iqtisadiyyatının mədənçıxarma və enerji sektorlarına, aviasiya mallarının və ehtiyat hissələrinin ixracına və s. aid edilib.