Son aylarda Almaniya Silahlı Qüvvələrinin maddi-texniki bazasının vəziyyətinə görə tənqid olunan Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa vermək qərarına gəlib, lakin tarix hələ məlum deyil.

"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti  mənbələrə istinadən məlumat yayıb.

"Təşəbbüs kanslerin ofisindən deyil, ondan irəli gəlir", - nəşr yazır: "İndi söhbət istefa tarixindən gedir. Varis məsələsi ilə bağlı məsləhətləşmələr gedir".