Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.

"Böyük Britaniyanın həmişə güclü dəstəyi indi daha da sarsılmaz və çağırışlara hazırdır. Baş nazir Rişi Sunak ilə telefon söhbətimdə mən bizi döyüş meydanında gücləndirməklə yanaşı, həm də digər tərəfdaşlara düzgün siqnal verəcək qərarlara görə ona təşəkkür etdim", - Zelenski bildirib.

Böyük Britaniya Baş nazirinin ofisinin yaydığı məlumata görə, Baş nazir Böyük Britaniyanın Ukraynaya dəstəyini "Challenger 2" tankları və əlavə artilleriya sistemlərinin tədarükü vasitəsilə gücləndirmək niyyətini açıqlayıb:

"Baş nazir və Prezident Zelenski bu istiqamətdə digər tərəfdaşların təkliflərini, o cümlədən Polşanın “Leopard” tankları təqdim etmək təklifini alqışlayıb. Baş nazir vurğulayıb ki, o və bütün Böyük Britaniya hökuməti Ukraynaya öz üstünlüyünü qorumağa, bu müharibədə qalib gəlməyə və davamlı sülhü təmin etməyə imkan verəcək dəstəyi sürətlə çatdırmaq üçün beynəlxalq tərəfdaşlarla intensiv işləyəcək", - məlumatda vurğulanıb.