Özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) Baxmut rayonundakı Soledar şəhərinin mərkəzində demək olar ki, bir dənə də olsun salamat bina qalmayıb.

"Unikal" xəbər verir ki, RİA Novosti Rusiya ordusunun işğal etdiyi sözügedən şəhərdən video yayıb. 

"Biz indi mərkəzdəyik və belə çıxır ki, zədələnməmiş bir dənə də olsun ev yoxdur. Burada apteklər, mağazalar var idi...", - jurnalist bildirib. 

Sonra dağıdılmış uşaq bağçasının kadrları da nümayiş olunub. 

Qeyd edək ki, yanvarın 13-də Rusiya Müdafiə Nazirliyi Rusiya qoşunlarının Soledarda nəzarəti ələ keçirdiyini açıqlayıb. 

Ağarza Elçinoğlu