Əfqanıstanda soyuq hava nəticəsində azı 70 nəfər ölüb.

"Unikal" xəbər verir ki, yanvarın 10-dan etibarən Kabildə və bir sıra digər əyalətlərdə civə sütunu aşağı düşüb, mərkəzi Qor bölgəsində isə həftə sonu ən aşağı göstərici -33C qeydə alınıb.

Əfqanıstan meteorologiya departamentinin rəhbəri Mohammad Naseem Muradi AFP-yə deyib: "Bu qış son illərin ən soyuq qışıdır".

Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyi son səkkiz gündə Əfqanıstan cəmiyyətinin yoxsul təbəqələri üçün həyati əhəmiyyət kəsb edən 70 nəfərin və 70 min mal-qaranın öldüyünü bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, güclü qar səbəbindən bir sıra mərkəzi və şimal əyalətlərində yollar bağlanıb.