Baş nazir Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Azərbaycanın Laçın dəhlizin ilə bağlı müzakirələr aparıblar. 

Onlar Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.