Xəstəxanaya yerləşdirilən Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. 

"Unikal" xəbər verir ki, bu barədə onun mətbuat katibi Aydos Ukibay bildirib. 

Onun sözlərinə görə, 82 yaşlı Nazarbayevin həyatı üçün təhlükə yoxdur. 

"Əməliyyat uğurla başa çatıb. Birinci prezidentin həyatı üçün heç bir təhlükə yoxdur. İndi o, müşahidə altındadır. Əməliyyat məşhur kardiocərrah Y.Pyanın rəhbərliyi altında Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində baş tutub", - deyə eks-prezidentin mətbuat katibi Ukibay deyib. 

Ağarza Elçinoğlu 

xxx

09:57

Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə “Xəbər 24” dövlət kanalının sabiq direktori Aleksandr Aksyutiç məlumat yayıb.

Nazarbayevin mətbuat katibi isə telefon zənglərinə cavab verməyib.