Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 10 milyard dollar hərbi yardım ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə təşkilatın baş diplomatı Joseph Borrel məlumat verib.

O bildirib ki, Aİ-nin Ukraynaya verdiyi hərbi, iqtisadi, makro-maliyyə və humanitar yardımların ümumi məbləği 50 milyard avroya yaxınlaşır.

Qeyd edək ki, Avropa Komissiyası 2023-cü ildə Ukraynaya 18 milyard avro güzəştli kredit verəcək. Ukraynaya kreditin ödənilməsi üçün 2033-cü ildən başlayaraq 35 il vaxt veriləcək.