ÜST bütün dünyada tibbi xidmət üçün 2,5 milyard dollardan çox pul istəyir. Söhbət fövqəladə sağlamlıq hadisələrinin qurbanlarından gedir.

"Unikal" xəbər verir ki, dünya təşkilatı bildirib ki, humanitar yardıma ehtiyacı olan insanların sayı 2022-ci illə müqayisədə təqribən dörddə bir artaraq rekord həddə 339 milyon nəfərə çatıb. Söhbət xüsusilə Pakistandakı daşqınlardan, Ukraynadakı, Əfqanıstandakı ,Yəmən və Suriyadakı münaqişələrdən gedir.

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, dünyada rekord sayda insanın xəstəlik və aclıq riski ilə üzləşdiyini və hazırda köməyə ehtiyacı olduğunu söyləyib.

Təşkilat Cenevrədəki baş qərargahında dünya ictimaiyyətini 2023-cü ildə proqramlarını maliyyələşdirməyə çağırıb.