"Ukraynadakı münaqişə BMT - nin davamlı inkişaf məqsədlərinə vaxtında çatmaq şanslarını azaldacaq".

"Unikal" xəbər verir ki, bunu Microsoft korporasiyasının həmtəsisçisi və amerikalı milyarder Bill Qeyts deyib.

Onun fikrincə, münaqişə zamanı resurslar israf edilir və vəziyyət “inkişaf etməkdə olan ölkələrə”, ərzaq və gübrə qiymətlərinə böyük təsir göstərir ki, bu da hərbi əməliyyatların özlərinə bərabər itkilərə səbəb ola bilər.

"İnkişaf məqsədləri, BMT-nin 2030-cu il üçün hədəfləri, davamlı inkişaf məqsədlərinə çatmayacağıq" deyə Geyts bildirib.

Fox News-un aparıcısı Taker Karlson bir müddət əvvəl demişdi ki, senator Lindsey Graham -ın Ağ Evdən Amerika tanklarının Ukraynaya göndərilməsi tələbi ABŞ Konqresinin Kiyevin münaqişədə uduzduğunu ictimai etirafı kimi səslənir . O vurğulayıb ki, Avropa , məsələn, Almaniya kimi Ukraynaya tanklar göndərə və bunun üçün pul ödəyə bilər.