Hatayın Kırıkhan rayonunun Topboğazı kəndində təbii qaz boru xəttində partlayış baş verib.

"Unikal"  Türkiyə  mətbuatına istinadən xəbər verir  ki, partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğının davam etdiyi bildirilir. Ölən və yaralanan barəsində hələlik məlumat yoxdur.  

Gülayə  Mecid