Xəbər verdiyimiz kimi, Kahramanmaraşın Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ bölgədə böyük dağıntılara səbəb olub. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən zərər çəkən şəhərlərdən biri olan Diyarbəkirdə 7 mərtəbəli binanın çökmə anı anbaan kameralara əks olunub. Binanın içərisində insanların olub-olmadığı hələlik məlum deyil.

Bildirək ki, təxminən 30 saniyə davam edən və bir çox şəhərdə dağıntılara səbəb olan zəlzələdə  76 nəfər həyatını itirib. Zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 22 afterşok baş verib.

Gülayə  Mecid