San-Dieqodan Nyu-Yorka uçan təyyarə məcburi eniş edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "United Airlines"a məxsus sərnişin təyyarəsinin göyərtəsində noutbukun partlaması nəticəsində, hava maşını qalxdığı limana 11 dəqiqə sonra geri qayıdıb. 

Təyyarə təcili eniş etdikdən dərhal sonra dörd stüardessa xəstəxanaya yerləşdirilib. 

Uçuş bələdçiləri yanğınsöndürənlərlə yanğını lokallaşdırıb. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi məlum deyil.

Ağarza Elçinoğlu