Ankarada sosial mediada canlı yayım edərək zəlzələnin baş verməsi üçün dua edən iki nəfər polis qrupları tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, Kahramanmaraşda baş verən dağıdıcı 7,7 və 7,6 ballıq zəlzələlərə görə yataqxanada matəm elan edilərkən, sosial media hesablarından canlı yayımlanan CG (17) və DT (21) "Allahım, bu ölkəyə bir zəlzələ daha nəsib et. Yenə zəlzələ osun buralar yerlə yeksan olsun” -deyə "dua ediblər".

Sosial mediada yayılan reaksiyalardan sonra araşdırma başladılıb. İki şübhəli Ankara Təhlükəsizlik Müdirliyi Təhlükəsizlik Şöbə Müdirliyi qrupları tərəfindən nəzarətə alınıb.