“Rusiya artıq uduzub, Ukrayna hökumətini devirə, xalqı diz çökdürə və Ukraynaya beynəlxalq dəstəyi zəiflədə bilməyib”

"Unikal" xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya-Ukrayna müharibəsinin birinci ilinə həsr olunmuş çıxışında Rusiyanın onu uduzduğunu bildirib.

Zurabişvili Gürcüstan hökumətini Ukraynaya lazımi yardım göstərmədiyinə görə də tənqid edib.

“Bu, bir dəfə də olsun, işğalın nə olduğunu, düşmən tərəfindən suverenliyin pozulmasının nə olduğunu bilən bir ölkə üçün eyni zərbəyə məruz qalan bir ölkə üçün anlaşılmazdır”, - Zurabişvili bildirib.

Bu gün Tbilisinin hər yerində Ukrayna bayraqları və Rusiyanı tənqid edən yazılar görünüb.