Dünya Bankı (DB) Kiyevə 2,5 milyard dollar qrant yardımı göndərəcək.

"Unikal" xəbər verir ki, bu barədə cümə günü qurumun mətbuat xidmətinin yaydığı press-relizdə deyilir.

Bu qrant Ukraynanın büdcəsinə birbaşa dəstək verəcək.

Burada qeyd olunur ki, vəsait ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən təmin edilib. "DB müvafiq xərc maddələrini yoxladıqdan sonra Ukrayna hökumətinə təhvil veriləcək", - press-relizdə deyilir. Pul əsas dövlət funksiyalarının və xidmətlərinin həyata keçirilməsini təşviq etmək üçün istifadə edilməlidir.

Dünya Bankının prezidenti David Malpasın təşkilatın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Dünya Bankı “Ukraynaya dəstək üçün 20,6 milyard dollar səfərbər edib”. "Biz Ukrayna xalqını yenidən qurulması üçün təcili layihələr və Ukrayna hökuməti ilə yenidənqurma səylərinin koordinasiyası vasitəsilə dəstəkləməyə davam edəcəyik", - Malpas vurğulayıb.