Pakistanın Pəncab əyalətində iki avtobusun toqquşması ilə baş verən yol qəzası nəticəsində azı 13 nəfər ölüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, avtobuslardan biri təkərinin partlaması nəticəsində aşıb.

Daha sonra digər avtobus və daha bir avtomobilə çırpılıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.