Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri yaşadığı Ukrayna Prezidentinin Aparatının binasındakı otağını təqdim edib.

"Unikal" xəbər verir ki, Zelenski evindən çəkiliş edən jurnalistə otağını göstərərkən bildirib ki, artıq bir ildir ki, burada yaşayır.

Qeyd edək ki, otaqda yalnız çarpayı, lavabo, qarderob, əşyaları olan sandıq, divar boyunca böyük bir güzgü var.