Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Tehrana gedəcək.

"Unikal" xəbər verir ki, bu barədə İranın Milli Atom Enerjisi Təşkilatının rəhbəri Behruz Kamalvəndi məlumat verib.

“Son bir neçə gündə biz MAQATE-nin direktor müavini Massimo Aparonun başçılıq etdiyi nümayəndə heyəti ilə perspektivli danışıqlar apardıq və Qrossinin İrana gözlənilən səfərini müzakirə etdik”, - Kamalvəndi bildirib.

Bu, ötən həftə Qərb mətbuatında çıxan yazılardan sonra MAQATE rəhbərinin İrana ilk səfəri olacaq. Onların fikrincə, İran nüvə silahının yaradılmasına yaxınlaşaraq uranın zənginləşdirilməsinin həcmini kəskin şəkildə artırıb.