Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi olan Adıyamana səfər edib.

"Unikal" xəbər verir ki, Türkiyə lideri Adıyamanda azərbaycanlı Sərvər Bəşirli ilə görüşüb. 

Qeyd edək ki, Sərvər köhnə maşını ilə Türkiyəyə yardım daşımaqla gündəmə gəlmişdi. O, daha sonra zəlzələ bölgəsinə yollanıb.