Türkiyənin Kahramanmaraş vilayətindəki məscidlərdən birinin axundu zəlzələdən zərər çəkən uşaqlar üçün məsciddə səsgücləndirici ilə uşaq mahnısı oxuyub.

"Unikal" xəbər verir ki, Əbdülhəmid Xan Məscidinin imamı Ömer Faruk bir psixoloqun təklifi ilə uşaqları sevindirmək üçün "Ali Babanın Çiftliği" mahnısını oxuyub.

İnsanlar imamın bu hərəkətinə müsbət reaksiya veriblər.

Ağarza Elçinoğlu