Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib.

"Unikal" xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi Twitter hesabında mövzu ilə bağlı açıqlama verib.

Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam edəcəyini bildirib .

Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaldıblar. Ötən il Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri Talibana təhvil verilib.

Əfqanıstan səfirliklərində əvvəlki Əfqanıstan hökuməti tərəfindən təyin edilmiş diplomatlar var.

Dünyanın heç bir ölkəsi, o cümlədən öz ölkələrindəki səfirlikləri Talibana təhvil verən ölkələr də bu günə qədər Taliban administrasiyasını, tanımayıb.

Taliban Əfqanıstan administrasiyasına 2021-ci il avqustun 15-də gəlib.