Ukrayna Milli Polisi demək olar ki, bütün ölkəni qeyri-qanuni maddələrlə təmin edən ən böyük narkokartel “Dvadtsatovski”nin fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin milli polisi məlumat yayıb. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, mütəşəkkil cinayətkar qrupların on lideri də daxil olmaqla ümumilikdə 37 üzvü saxlanılıb. Məlum olub ki, psixoaktiv maddələrin satışından əldə edilən aylıq gəlir 1 milyon dolları keçib.

Hesabatda qeyd olunur ki, axtarışlar zamanı qeyri-qanuni təşkilatın liderlərindən birində Napoleon kimi stilizə edilmiş bir adamın portreti aşkar edilib. Polis portretdən başqa, müxtəlif valyutalarda nağd pul, silah, patron, sursat, həmçinin 40 avtomobil, köhnə kitabələr və ikona müsadirə edib.