Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Federasiyası ilə birgə hazırlanmış Ermənistan-Azərbaycan sülh təşəbbüslərinin həyata keçiriləcəyinə ümid etdiyini bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə XİN sözçüsü "Sputnik" radiosuna müsahibəsində deyib. 

"Bu regionu, sözün hərfi mənasında, tərəflərin Rusiya ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümidin olduğu başqa bir əsas region adlandırmaq olar", - Zaxarova qeyd edib. 

O, Qərbin Cənubi Qafqaza müdaxilə cəhdlərini "tiranlıq" adlandırıb və belə bir siyasətin münaqişənin həlli üçün deyil, "tam əks məqsədlərlə" aparıldığını deyib: "Təəssüf ki, biz burada uzun illərdir ki, belə bir tendensiya müşahidə edirik, indi qərbpərəstlər daha da fəallaşıblar". 

Ağarza Elçinoğlu