Vyetnam parlamenti hakim Vyetnam Kommunist Partiyasının (VKP) Mərkəzi Komitəsinin katibliyinin üzvü Vo Van Txıounqu ölkə prezidenti postuna təsdiq edib.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Vyetnam hökumətinin internet portalında öz əksini tapıb.

Belə ki, siyasətçinin namizədliyini 488 deputatdan 487-si (98,38%) dəstəkləyib.

Nəticələr elan edildikdən dərhal sonra dövlət başçısının andiçmə mərasimi baş tutub.